Banklarda əmanəti olanların NƏZƏRİNƏ!

Banklarda əmanəti olanların NƏZƏRİNƏ!
15:44

2025-ci ilin yanvar-mart aylarında yerli banklar 253.3 milyon manat xalis mənfəət əldə edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 18,7% azdır.

Məlumata görə, sektorun əməliyyat mənfəəti ilk rübdə 402.7 milyon manat təşkil edib. Cari ilin I rübündə bankların ödədiyi mənfəət vergisinin həcmi isə 61.7 milyon manat təşkil edib.

Azalmaya səbəb nədir?

Mövzu ilə bağlı danışan iqtisadçı ekspert Fuad İbrahimov deyir ki, ilin ilk aylarında bankaların xalis gəlirlərinin azalmasının müxtəlif səbəbləri var:

“Əsas səbəb odur ki, ilin əvvəlində büdcədən ayırmaların dövriyyəyə qoşulması bir qayda olaraq ləngidi. Bundan əlavə Maliyyə Nazirliyindəki kadr dəyişikliyi də müəyyən proseslərə öz təsirini göstərdi. Ona görə də xalis gəlirdəki 19 faizlik azalma tənəzzül trendi kimi qəbul olunmamalıdır. Gözlənilən odur ki, ikinci, üçüncü rüblərdə biz fərqli mənzərənin şahidi olacağıq.

Əgər il boyu bu eniş davam etsə, o zaman demək olar ki, iqtisadiyyatdakı hansısa tənəzzül elementi bankların mənfəətinə xələl gətirir. Çünki banklarda mənfəətin olmaması iqtisadiyyatın kiçilməsi, sıxılması kimi izah olunur. Məhz o zaman bütün məlumatları bir araya gətirib təhlil edə və nəticə çıxara bilərik ki, bankların xalis gəliri niyə azalıb. Amma indiki vəziyyətdə ilk rübdəki azalma o qədər də narahatlıq doğurmur. Ola bilsin ki, növbəti rübdə xalis mənfəət maksimum səviyyədə olsun”.


Sizin reklam burada
Sizin reklam burada