Bakıda şagirdin güllələdiyi müəllimə palataya köçürülüb

Bakıda şagirdin güllələdiyi müəllimə palataya köçürülüb
16:11

Bakıda şagirdin güllələdiyi müəllimə palataya köçürülüb.

News365.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, 1997-ci il təvəllüdlü qadın KTM-in Reanimasiya şöbəsindən Neyrocərrahiyyə şöbəsinə köçürülüb.

Hazırda pasiyentin müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.


Sizin reklam burada
Sizin reklam burada