Azərbaycanlı reper terror aktında zərər çəkənlərə pul bağışladı - FOTOLAR

Azərbaycanlı reper terror aktında zərər çəkənlərə pul bağışladı - FOTOLAR
24 Mar 2024 17:14

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Moskvada “Crocus City Hall” ticarət mərkəzində silahlı insident zamanı əziyyət çəkənlərə maddi yardım edib.

News365.az xəbər verir ki, sənətçi Rusiya Qırmızı Xaç Cəmiyyətinə 1 milyon rubl (18451manat) bağışlayıb.

Bu haqda ifaçı sosial şəbəkə hesabında məlumat bölüşüb. O, izləyicilərini də yardım etməyə çağırıb.

Qeyd edək ki, törədilən terror aktı nəticəsində 133 nəfər həlak olub, 154 nəfər xəsarət alıb.


Sizin reklam burada
Sizin reklam burada