“Azərbaycanın hərbi və diplomatik uğurlarını qəbul etmirlər“ - Tahir Kərimlidən AÇIQLAMA

“Azərbaycanın hərbi və diplomatik uğurlarını qəbul etmirlər“ -  Tahir Kərimlidən AÇIQLAMA
23 Apr 2024 11:04

"Əgər rus qoşunları Maldoviyadan, Ukraynadan, Gürcüstandan çıxsaydı, dünya alqışlayardı. Amma bizdə rus qoşunları çıxır, Amerika kimi dövlət rusları etibarsız hesab edir ki, siz erməniləri tək qoydunuz".

News365.az xəbər verir ki, bu sözləri tv365 kanalında qonaq olan, deputat Tahir Kərimli deyib.

"Avropa ölkələrində xristian təəssüfkeşliyi, türkəfobiya var. İstəyirlər ki, Qafqazda müsəlman türk birliyinin içində xristian anklavını genişləndirsinlər, möhkəmlənsinlər. Ermənistanı bir növ himayə edirlər və bunu gizlətmirlər. Gördülər  ki, onların ikiüzlülüyü nə qədər əks-səda verir. Kəndlərin qaytarılmağına Rusiya ilə İran heçnə demir. Bu özü də pisdir. Yəni Azərbaycanla Ermənistan özü danışıq aparır, məsələsini həll edir burda nə xoşunuza gəlməyə bilər. Gərginliyin qalmasını istəyirlər. Çox təəssüf ki, Qərbin bir istəyi, Rusiyanın bir başqa istəyi var. Bu istəklərin bir ortaq məxrəci var ki, Azərbaycanın ziyanına olsun, Azərbaycanı sevmirlər. Azərbaycanın hərbi və diplomatik uğurlarını qəbul etmirlər"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər