Azər Aslanov: "Kikboksçularımızın səsi nüfuzlu beynəlxalq yarışlardan gəlir"

Azər Aslanov: "Kikboksçularımızın səsi nüfuzlu beynəlxalq yarışlardan gəlir"
09:04

"Azərbaycan kikboksçularının səsi nüfuzlu beynəlxalq yarışlardan gəlir. Bu həm də cəmiyyətdə gənclərimiz arasında idmana olan marağı artırır".

Bu sözləri  Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Azər Aslanov bildirib.

“Bu günlərdə  kikboksçumuz Bəhram Rəcəbzadənin Niderlandın Arnhem şəhərində keçirilən "Glory 105" turnirində rumıniyalı döyüşçü Kristian Ristanı məğlub etməsi bir daha göstərdi ki, idmançı üçün prinsipiallıq və öz üzərində çalışmaq, psixoloji cəhətdən hazırlıqlı olmağın nəticəsi hər zaman müsbət sonluqla bitir. Bu gün federasiyamızda güclü idmançılar var. Onların hər biri Vətənimizin adını uca tutmaq üçün döyüşə çıxmağa hazırdılar”.

A.Aslanov onu da qeyd edib ki, Kikboksinq Federasiyası ölkədə idmanın kütləviləşdirilməsi istiqamətində fəaliyyətini daha da gücləndirib.

“Bizim ölkə və beynəlxalq səviyyəli tədbirlərimiz izdihamlı keçir. Cənab Prezidentin idmanla bağlı çağırışlarına cavab olaraq, ölkədə idmanın kütləviləşdirilməsi istiqamətində var gücümüzlə çalışırıq. Məqsədimiz gənclər arasında idmana olan marağı artırmaq, sağlam, vətənpərvər ruhda böyümək və onları pis vərdişlərindən uzaq tutmaqdır”,-deyə Azər Aslanov əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada