Boliviyanın Serdas bölgəsində sərnişinləri daşıyan avtobus körpüdən aşıb.
News365.az "Eldeber" agentliyinə istinadən xəbər verir ki qəza nəticəsində 19 nəfərin ölüb, 9 nəfərin yaralanıb.
Polis xilasetmə işlərini davam etdirir və buna görə də ölənlərin sayının artacağını istisna edilmir.
Məlumaa görə, qəzaya yüksək sürət və 24 yaşlı sürücünün təcrübəsizliyi səbəb olub. Hadisə zamanı o da dünyasını dəyişib.
Ölənlər arasında 14 qadın, üç kişi və iki uşaq var.