Avropa nəhəngi “Barsa”ya rəqib oldu

Avropa nəhəngi “Barsa”ya rəqib oldu
20 Apr 2024 17:13

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva daha bir top-klubun hədəfinə çevrilib.

News365.az xəbər verir ki, “Barselona”nın ardınca PSJ də 29 yaşlı futbolçunu almağa çalışacaq.

AS-ın məlumatına görə, portuqaliyalı vinger “Barselona”nı özünün bir nömrəli variantı hesab edir. Müqaviləsi 2026-cı ilin yayında başa çatacaq Silva “Mançester Siti”dən ayrılmağa hazırlaşır.

PSJ keçən il yarımmüdafiəçini almağa çalışmışdı. Onlar bu dəfə də cəhd etməyə çalışacaqlar.

Bernardo Silvanın müqaviləsində 50 milyon avro təzminat məbləği göstərilib.

Qeyd edək ki, bu mövsüm O, 41 matçda iştirak edib, 10 qol vurub və 5 məhsuldar ötürmə verib.


Youtube kanalımız

Oxşar xəbərlər