Astarada təbii fəlakət: 17 beton bənd çaya aşdı- FOTO

Astarada təbii fəlakət: 17 beton bənd çaya aşdı- FOTO
13:08

Astara rayonu ərazisində torpaq qatında sürüşmə hadisəsi qeydə alınıb.

News365.az-ın "Report"a istinadla verdiyi məlumata görə, təbiət hadisəsi rayonun Vaqo kəndi ərazisində meydana gəlib.

Sürüşmə prosesi nəticəsində çayın sahilində yerləşən beton mühafizə bəndləri uçub, eyni zamanda, kənddən keçən yolun bir hissəsi yararsız hala düşüb.

Yaranmış vəziyyətlə əlaqədar olaraq, müvafiq dövlət qurumlarının təmsilçiləri hadisə yerinə cəlb ediliblər. Problemin həlli məqsədilə zəruri addımlar atılır, xüsusi texnikaların köməyi ilə çayın axın istiqaməti dəyişdirilir. Həmçinin torpaq axını səbəbindən daralan yol hissəsində təhlükəsizlik qaydaları tətbiq olunur.

Astara Su Meliorasiya Sistemləri İdarəsinin baş mühəndisi Fərid Yusifov qeyd edib ki, mövcud fəsadların aradan qaldırılması prosesi müəyyən çətinliklər yaradır.

"Layihə İnstitutu və Dövlət Su Ehtiyatları Agentliyinin mütəxəssisləri ərazidə layihələndirmə tədbirləri həyata keçirməlidirlər. Torpaq eroziyası səbəbindən ötən əsrin 70-ci illərində inşa edilmiş 17 beton bənd çaya düşüb, digər beş bənd isə ciddi zədələnib. İdarənin işçi qüvvəsi əraziyə cəlb olunub. Hazırda dağılmış bəndlərin ətrafının təmizlənməsi məqsədilə ekskavator vasitəsilə çay yatağının səmtinin dəyişdirilməsi işləri aparılır".




Sizin reklam burada
Sizin reklam burada