Ukraynanın nizamlanması üçün Rusiya-Amerika xüsusi qrupu yaradılacaq, o, həmçinin Ukraynadakı münaqişənin nüanslarını da nəzərə alacaq.
News365.az xəbər verir ki, bunu “Rossiya-1” efirində Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
"Biz Ukrayna ilə bağlı fundamental mövqelərimizi açıqladıq və münaqişənin əsas səbəblərini nəzərə almağın vacibliyini vurğuladıq. Amerikalılar, mən deyərdim ki, öz yanaşmalarını qısaca açıqlayıblar", - deyə diplomat qeyd edib.
"Bundan sonra biz razılaşdıq ki, bu problemin bütün nüanslarının müzakirəsi ilə yaxından və əsaslı məşğul olacaq xüsusi qrup yaradılsın", - Uşakov əlavə edib.