ABŞ-nin 61 milyard yardımı Kiyevi həyata qaytardı - CNBC

ABŞ-nin 61 milyard yardımı Kiyevi həyata qaytardı  - CNBC
23 Apr 2024 12:00

ABŞ-dan gözlənilən kütləvi yardımları alacaq Ukrayna indi Rusiyaya qalib gələ biləcəyini sübut etməlidir.  News365.az  xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.

Nəşr xatırladıb ki, Nümayəndələr Palatasının aylarla davam edən gecikmələrdən və respublikaçıların etirazlarından sonra Kiyevə 61 milyard dollarlıq xarici yardım paketini qəbul etməsindən sonra Kiyev ABŞ-dan həyati dəstək almış oldu: "Rusiyanın son zamanlarda Ukraynanın şərqində irəliləyə bilməsinin qarşısını almağa çalışan və daha çox hava hücumundan müdafiə sistemləri, artilleriya və sursat tələb edən Kiyev üçün hazlrda zaman amili çox önəmlidir".

Eyni zamanda, analitikləri deyirlər ki, bu böyük maliyyə Ukraynanın apardığı ağır hərbi kampaniyaya yeni həyat və mənəvi nəfəs almağa kömək edə bilsə də, yardım və təchizatlar dərhal Ukraynaya göndərilməlidir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər