“ABŞ-dən yardım almasaq, dünya müharibəsi başlayacaq“ - Şmıqal

“ABŞ-dən yardım almasaq, dünya müharibəsi başlayacaq“  - Şmıqal
18 Apr 2024 16:15

Ukraynanın baş naziri Denis Şmıqal BBC-yə diqqət çəkən açıqlamalar verib. News365.az Rusiya mediasına istinadən xəbər verir ki, o, ABŞ-dən gözlənilən yardımın ayrılmamasının Üçüncü Dünya Müharibəsinə gətirib çıxaracağını iddia edib.

“Əgər biz özümüzü müdafiə etməsək, Ukrayna çökəcək", - nazir gileylənib.

Şmıqal əlavə edib ki, bunun nəticəsində bütün planetdə xeyli sayda münaqişələr yaranacaq. Bu isə öz növbəsində üçüncü dünya müharibəsi deməkdir.

Xatırladaq ki, ABŞ Konqresində Kiyevə 60 milyard dollar məbləğində yardımın ayrılması ilə bağlı hələlik razılıq əldə olunmayıb. Bundan əvvəl ayrılmış vəsait isə ötən ilin dekabrında bitib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər