7 yaşlı uşağa 19 bıçaq zərbəsi vurulub

7 yaşlı uşağa 19 bıçaq zərbəsi vurulub
15:21

Ağcabədidə 7 yaşlı uşağın bıçaqlanması ilə bağlı bəzi təfərrüatlar məlum olub.

News365.az xəbər verir ki, azyaşlının atası Rəşad Bəşirov APA-ya hadisənin evlərinin yaxınlığında baş verdiyi bildirib.

“Hadisənin hansı səbəbdən baş verdiyini bilmirəm. Uşaq mənə dedi ki, evin yanında oynayırmış, çağırıblar, aparıb bu hala salıblar. Uşağa 19 bıçaq xəsarəti yetirilib. Həkimlər sağ olsun, əllərindən gələn hər şeyi etdilər”, - o deyib.

Rəşad Bəşirov qeyd edib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsin dayısı ilə dostdurlar.


Sizin reklam burada
Sizin reklam burada