Balaca qızın davaranışı sosial şəbəkələrin Rusiya seqmentində geniş müzakirələrə səbəb olub. Belə ki, Kubanda yeddi yaşlı qız 40 yaşlı içki aludəçisi olan anasının yanına qayıtmaqdan imtina edib. Bu barədə vilayət prokurorluğu Telegram kanalda məlumat yayıb.
Bildirilir ki, Poputnaya kəndində kiçik bir qız məktəbdən spirtli içki qəbul edən anası ilə birlikdə yaşadığı evə qayıtmaqdan imtina edib. Prokurorluq tərəfindən araşdırma aparılıb və müəyyən edilib ki, qadın uşağa lazımi qayğı göstərməyib və bu da azmış kimi o, azyaşlının yanında külli miqdarda spirtli içki qəbul edirmiş.
Qız azyaşlılar üçün nəzərdə tutulmuş sosial reabilitasiya mərkəzinə yerləşdirilib. Məlum olub ki, ana övladının səhhətinə fikir vermədiyi üçün uşağın hətta cərrahi müalicəyə də ehtiyacı olub.
Tural