21 yaşlı oğlan ikiyə bölünən maşınından xəsarətsiz çıxdı - VİDEO

21 yaşlı oğlan ikiyə bölünən maşınından xəsarətsiz çıxdı -  VİDEO
22 Apr 2024 13:12

Mingəçevirdə baş vermiş yol qəzasında avtomobil bir neçə yerə bölünsə də, sürücü heç bir xəsarət almayıb.

News365.az xəbər verir ki, hadisə aprelin 21-nə keçən gecə qeydə alınıb. 2003-cü il təvəllüdlü Elbrus Mansur oğlu Süleymanovun Mingəçevirdən Yevlax istiqamətində idarə etdiyi 62 BN 987 nömrə nişanlı “VAZ 21015” markalı maşın işıq dirəyinə çırpılıb. Daha sonra isə Nəsimi parkı ərazisinə daxil olub.

Hadisədən sonra xəstəxanaya aparılan 21 yaşlı sürücüdə hər hansı xəsarət olmadığından o evə buraxılıb.

Bundan sonra qəza yerinə gələn Elbrus video çəkərək paylaşıb və qəzadan xəsarətsiz, sağ çıxmasına çoxlarının inanmadığını deyib.


Youtube kanalımız

Oxşar xəbərlər