Erməni politoloq Vardan Balyan diqqət çəkən açıqlamalar verib.
News365.az xəbər verir ki, o, "Mamul" nəşrinə açıqlamasında deyib ki, 2020-ci il müharibəsi Ermənistan üçün əslində yaxşı bitib. Buna səbəb nəticələrin daha faciəvi olması ehtimalı idi. Bunu hətta İran da etiraf edir: “2013-2021-ci illərdə İranın xarici işlər naziri işləmiş Məhəmməd Cavad Zərif “Səbrin dərinliyi” adlı xatirələrində 44 günlük müharibə mövzusuna toxunaraq bir sıra maraqlı məqamlardan yazıb. İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın bu yaxınlarda müşaviri təyin edilmiş diplomat Rusiya hökumətinin Ermənistanın hazırkı hakimiyyətinə münasibətini diplomatik dillə təsvir edib. O həmçinin qeyd edib ki, müharibə bir neçə gün də davam etsəydi, Ermənistan hökuməti çökəcəkdi - Məhz o zaman ruslar işə qarışdı, onlar Moskva danışıqlarında müharibəni bitirdilər. Prinsipcə, artıq şərhə belə ehtiyac yoxdur...”.
Tural
News365.az