Şamil Ayrımdan ZƏNGƏZUR AÇIQLAMASI

Şamil Ayrımdan ZƏNGƏZUR AÇIQLAMASI
30 Avq 2024 12:43

“Ermənistanın vəziyyətini bilirsiniz. Bu hamıya məlumdur. Coğrafiyada daimi sülh və əbədi barışığın olması üçün Ermənistan konstitusiyasını dəyişməlidir. Ermənistanda, bu günlərdə ona silah verən Fransa, Hindistan, Amerikanın dəstəyi çox yaxından hiss edilir. Ağır artilleriya silahları verirlər və bununlada coğrafiyada qarışıqlıq yaratma məqsədini güdürlər.”

Bu sözləri News365.az-ın əməkdaşına açıqlamasında Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım deyib. O, Azərbaycan və Ermənistan arasında imzalanacaq olan sülh sazişi haqqında danışıb.

“Ermənistanın iddialarına görə, konstitusiya 2027-ci ildə dəyişəcək.  Bu isə bizə görə sülh prosesini ertələməkdir. Sülh sazişini istəyiriksə, bu qısa müddətdə imzalanmalı, sərhədlər müəyyən edilməlidir.”

Müsahibimiz Parlament seçkiləri ilə bağlı fikirlərinidə bölüşüb. Bununla belə, o qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq.

“Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra 24 saatlıq anti-terror əməliyyatlar ilə torpaqları azad etməyi bacardı. Biz Türkiyə və dostluq heyyəti olaraq, bu seçkilərdə nəzarətçiyik. Sözün əsl mənasında tarixi bir hadisəyə şahidlik edəcəyik. Azərbaycanda keçirilən Parlament seçkilərində ilk dəfə iştirak edirik və bu çox vacib hadisədir. Can Azərbaycanımızın hər halda yanında olduğumuzu bir daha sübut etmək üçün heyyətimiz buradadır.”

Ş.Ayrım Cənab İlham Əliyevin “Noldu Paşinyan? Yol çəkirdin Cəbrayıla? Rəqs edirdin?” sözlərinə istinad edərək maraqlı açıqlama verib.

“Ermənistan əvvəl-axır razılığa gələcək. Paşinyan demişdi ki, Qarabağ bizim torpaqlardır. Sonda nə oldu? Biz rəqs etdik. Prezidentimiz ilə mən də rəqs etdim!”

Müsahibimiz Zəngəzur uğrunda müharibə olacaq mı? sualına belə cavab verib:

“Yox, olmaz. Cənab İlham Əliyev kimi təcrübəli bir lider var. Atası cənab Heydər Əliyevin yetirməsi bir liderdir.  Onun Azərbaycan gənclərini bu macəraya sürükləyəcək bir tərzi yoxdu. Bundan sonrakı müddət sülh ilə həll ediləcək. Qarşı tərəf silahlanır, müəyyən hərəkətlər edir. Bu zaman vəziyyətə görə çox şey dəyişəcək. Bir də gördünüz dəmir yumruq yenə gəlib təpələrinə dəydi.”