"Gec-tez Azərbaycanla Ermənistan özü bu məsələni həll edəcək".
Bu sözləri News365.az-a müsahibə verən Millət Vəkili Məşhur Məmmədov deyib.
"Dermitasiyadan, 8 kəndi nəzərə almadan hər hansı bir sülh müqaviləsinin olması mümkün deyil. Bu Azərbaycanın əzəli torpaqlarıdır və bu müqavilənin tərkib hissəsi olmalıdır. Bu baxışdan da hansı platformada olmasından asılı olmayaraq bu kəndlərin taleyi həll olunmalıdır, onlar Azərbaycanla qovuşmalıdır və gələcəkdə anklab olduğuna görə onların yol məsələsi, ərazidə yaşayan insanların gedib-gəlməsinin təhlükəsizliyi təmin olunmaqla bu müqavilənin tərkib hissəsi olmalıdır".
Eyni zamanda Millət Vəkili Rusiya tərəfinin hər dəfə Ermənistan və Azərbaycana dermitasiya məsələlərində kömək təklif etməsi və Azərbayacanın bu təklifi qəbul edib-etməməsi ilə bağlı da fikirlərini bizimlə bölüşüb.
"Azərbaycan barışıq mövqeyi tutan bütün tərəflərlə bu məsələləri müzakirə etməyə hazırdır. İstər Avropa platforması, istər Amerika, istər Rusiya. Azərbaycanın əsas məqsədi bu məsələyə kim ədalətli yanaşacaq, Azərbaycanın mövqelərini, Azərbaycanın tələblərini qəbul edəcəkdir, onlara düzgün, ədalətli yanaşacaqsa əməkdaşlıq edə bilər. Rusiya başqa dövlətlərə nisbətən bu məsələlərə daha real yanaşır. Əsas səbəbi regiondakı siyasi mühiti, baş verən prosessləri daha açıq şəkildə görür. Baş verən prosessləri daha dəqiq bilir. Əgər bu əraziyə yaxın, sərhəd olan, buradakı gedən prosessləri və qonşu ölkələrin birgə yaşayışı üçün olan məsələləri nəzərə alanda Rusiya məsələnin hər bir tərəf üçün uyğun olan şəkildə həll etməyə təşəbbüs göstərir. O cümlədən də derimitasiya məsələsində dönə-dönə deyir ki, məndə olan xəritələri, informasiyaları verməyə və insanlar vasitəsilə bu görüşün həmişə tərəfdarıdır. Sadəcə sülh müqaviləsinin bağlamaq prosessin həlli məsələsi deyil. Bu prosessin həllində sərhədlərin müəyyən edilməsində, derimitasiya məsələsi, anklabların həll olunması məsələsi, Naxçıvana olan Zəngəzur dəhlizinin məsələsi də həll olunmalıdır. Ola bilməz ki, Biz bütün komminikasiyalara asaq, ancaq Naxçıvanla Azərbaycan arasında komminikasiyalar istədiyimiz kimi olmasın. Ermənistan bu komminikasiya xətlərindən istifadə etsin, həm xəzər dənizinə çıxsın həm Rusiya ilə əlaqə qura bilsin və biz doğma Azərbaycanın tərkib hissəsi olan Naxçıvanla əlaqə qurmayaq. Biz bilirik ki, Ermənistan blokada- blokada deyirsə, ən uzun müddət blokada da olan Naxçıvandır. 30 ildən artıq blokada şəklində olan Naxçıvanın blokada məsələsi həll olunmayacaqsa, bu yolların açılmasının heç bir əhəmiyyəti yoxdur. Ona görə də bu müqavilədə Azərbaycan üçün uyğun olan, sərf edən variantlar hansıdırsa ancaq o şərtdə bu müqavilənin bağlanmasına gedəcək və hansı ölkə bu şərtləri qəbu edib və Ermənistana bu şərtləri qəbul etdirə biləcəksə masada onlar ola bilər. Gec-tez Azərbaycanla Ermənistan özü bu məsələni həll edəcək"- deyə bildirib.
Vəfa Vəliyeva