Zelenski Rusiya ilə danışıqlara başlayacaqlarını açıqladı

Zelenski Rusiya ilə danışıqlara başlayacaqlarını açıqladı
22 Apr 2024 20:49

Kiyev Ukrayna sülh formulu üzrə konfransdan sonra Moskva ilə münaqişənin həlli ilə bağlı danışıqlara başlayacaq.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Biz öz baxışımızla bütün məsələlərin həlli ilə bağlı sənəd hazırlayacağıq, bunu Rusiyanın nümayəndələri ilə necə və kimin müzakirə edəcəyinə dair bir məqam olacaq”, o, fransız blogger Huqo Traverslə müsahibəsində deyib. 

Aprelin 10-da Zelenski bildirib ki, İsveçrədəki konfransın nəticələrinə görə Kiyev vasitəçilər vasitəsilə münaqişənin həlli ilə bağlı öz baxışını Moskvaya çatdıra bilər.

Xatırladaq ki, İsveçrə Prezidenti Viola Amherdin verdiyi məlumata görə, ölkə bu ilin iyununda Bürgenstokda Ukrayna sülh formulu ilə bağlı konfrans keçirəcək. 


Youtube kanalımız

Oxşar xəbərlər