Yüzlərlə rus indi də bu millətə qarşı ayağa qalxdı - VİDEO

Yüzlərlə rus indi də bu millətə qarşı ayağa qalxdı - VİDEO
02 İyl 2025 15:50

Bir neçə gündür ki, Rusiyada davam edən anti-Azərbaycan kampaniyaları səngiməmiş ruslar indi də digər millətlərə qarşı çıxmağa başlayıblar. Belə ki, bu gün Saratov vilayətində yüzlərlə insan qaraçıların evlərindən çıxarılıb bölgədən qovulmasını tələb ediblər. Buna səbəb 15 yaşlı yeniyetmənin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi olub. Hansı ki, qəza nəticəsində yeniyetmə ölüb. Bu barədə Baza Telegram kanalı məlumat yayıb.


"Qəza Podlesnoye kəndində iyulun 1-də səhər saatlarında baş verib: 36 yaşlı sürücünün idarə etdiyi "Lada Vesta" və 15 yaşlı oğlanın idarə etdiyi "Bolt"a məxsus moped toqquşub. Yeniyetmə ölüb, polis ehtiyatsızlıqdan bir nəfərin ölümü ilə nəticələnən yol hərəkəti qaydalarının pozulması ilə bağlı cinayət işi açıb", - deyə məlumatda bildirilir.

Nəticədə kənd sakinləri qaraçıların qovulmasını tələb edərək dinc aksiya keçiriblər. Hadisə yerinə rayon rəhbəri, prokuroru və polis rəisi gəlib. Sakinlər bildiriblər ki, qaraçılar özlərini normal aparmırlar, izdihamlı şəkildə insanlara hücum edirlər. Onların orduda xidmət etməməsi və ibtidai təhsil belə almaması da Saratov sakinlərini  qəzəbləndirir.



Tural


Sizin reklam burada
Sizin reklam burada