Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi Liberal-Demokrat Partiyası (LDP) və “Yaponiyanın Yenilənməsi Cəmiyyəti” Partiyasından ibarət hakim koalisiya parlamentin aşağı palatasına seçkilərdə qalib gəlir.
Yaponiyanın ictimai televiziyası NHK-nın keçirdiyi exit-pollun nəticələri bunu göstərir.
Exit-polla əsasən, hakim koalisiya parlamentdə yerlərin 2/3-ni qazanır.
Eyni zamanda LDP-nin 233-dən çox deputat mandatı qazanaraq təkbaşına parlamentdə çoxluğu təmin etməsi də gözlənilir.