Volkan Demirel özünə iş tapdı

Volkan Demirel özünə iş tapdı
31 Okt 2024 13:55

"Fənərbağça" və Türkiyə millisinin sabiq futbolçusu Volkan Demirelin yeni iş yeri müəyyənləşib. 

News365.az xəbər verir ki,  o, "Bodrum" klubunun baş məşqçisi təyin edilib. 

43 yaşlı mütəxəssis Superliqa təmsilçisi ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb. 

Qeyd edək ki, Volkan Demirel son olaraq "Hatayspor"u çalışdırıb. "Bodrum" turnir cədvəlində 10 xalla 13-cü yerdədir. 


Sizin reklam burada
Sizin reklam burada