Vaşinqton tiranlıq qurmaq üçün pul ayırır -Karlson

Vaşinqton tiranlıq qurmaq üçün pul ayırır  -Karlson
23 Apr 2024 12:20

Bir müddət öncə Rusiya prezidenti Vladimir Putindən müsahibə almış məşhur amerikalı jurnalist Taker Karlson diqqət çəkən fikirlər səsləndirib. O tok-şouda deyib ki, ABŞ hakimiyyəti faktiki olaraq Ukraynaya demokratiyanın işarəti belə olmayan tiranlıq qurmaq üçün pul ayırır.

Jurnalist hiddətini gizlətməyərək qeyd edib ki, ABŞ-dakı xristian liderlər və xristian qanunvericilər Vaşinqtonun ayırdığı pullarla Ukraynada xristianların təqib edilməsi, orada əsl tiran rejiminin qurulması barədə danışa bilmirlər. Carlson bunu biabırçılıq adlandırıb. O xüsusi olaraq vurğulayıb ki, hazırda Ukraynada heç bir demokratiya işarəsi yoxdur.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər