Ukrayna Silahlı Qüvvələrinin komandanlığı Pokrovsku (Krasnoarmeysk) itirərsə, onlar Rusiyanın Kursk vilayətinin işğalına görə peşman olacaqlar.
News365.az xəbər verir ki, bu barədə hərbi ekspert Devis Eks Forbes-də yazıb.
Onun fikrincə, qondarma DXR-də haqqında söz açılan mühüm şəhərin itirilməsi Ukrayna müdafiəsinin şərqdə geniş şəkildə dağılmasına səbəb ola bilər. Nəşr qeyd edib ki, nəticədə Ukrayna Silahlı Qüvvələri Pokrovsk istiqamətində mövqelərini gücləndirmək əvəzinə, Kursk vilayətinə böyük qüvvələr göndərdiklərinə görə peşman ola bilərlər.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Amma Ukraynanın ilk dəfə olaraq Rusiya ərazisinə daxil olaraq Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.
Tural
News365.az