Üç uşaqlı ailələrə şad xəbər - Vüqar Bayramovdan açıqlama

Üç uşaqlı ailələrə şad xəbər -  Vüqar Bayramovdan açıqlama
20 Apr 2024 16:38

"Üç uşaqlı ailələrə sosial yardım edilə bilər." - bunu News365.az-a açıqlamasında Millət Vəkili Vüqar Bayramov deyib.

"Düşünürəm ki, Azərbaycanda xaric ilə oxşar mexanizmdə yardım göstərmək mümkündür. Bu sayədə, üç və daha artıq uşağı olan ailələr həm də dövlət büdcəsindən yardım və dəstək ala , onların uşaqları aylıq vəsaitlərdən istifadə edə bilərlər. Bildiyimiz kimi, hər bir təklifin qiymətləndirilməsi və  qəbul edilməsi zaman alır, çünki həmin təklif uyğun dövlət qurumu tərəfindən qiymətləndirilməli, maliyyə yükü hesablanmalıdır. Bu proseslərdən sonra razılaşdırılmalar aparılmalıdır. Bütün bu proseslər kifayət qədər zaman alır. Fundamental xarakterli fikirlərin reallaşması ən azı bir il vaxt aparır. Bu səbəbdən də, irəli sürülən təklifin gerçəkləşməsi gec ola bilir. Ancaq fikrin irəli sürülməsi bildirir ki, bu sahədə irəliləmək, addımlamaq mümkündür.

Uşaqların sayına görə müavinət verilməsi həm də uşaqların büdcədən pul alması mənasına gəlir. Təklif əslində prosesin başlanğıcı deməkdir. Üç və daha artıq uşağı olan ailələrə sosial müavinət verilməsi, xeyli sayda ailələrin uşaqlarına görə müavinət almasına gətirib çıxara bilər və çıxaracaq da. Əlbəttə bu qərar qəbul edilsə, baş verəcək bir hadisədir. Bəzi ölkələrdə birinci uşağa görə ödəniş yoxdur,amma digər uşaqlara var. Və yaxud da, hər uşağa böyük uşağa nəzərən daha çox müavinət verilir. Uşaq sayı nə qədər çox olarsa, yardım da o qədər böyüyür. Bizim məqsədimizdə bu cür yanaşmadır : çox uşaqlı olan ailələrin çox müavinət alması. Uşağın sayı artdıqca, ailədə xərc artır. Birinci uşaqla sonuncu uşağın və yaxudda ortancıl uşağın xərci eyni deyil. Qeyd etmək lazımdır ki, hazırda beşdən çox uşağı olan ailələrə müavinət verilir." - deyə o bildirib.


Youtube kanalımız

Oxşar xəbərlər