Tutduğu köpəkbalığı ilə şəkil çəkdirərkən yırtıcı ayağını parçaladı

Tutduğu köpəkbalığı ilə şəkil çəkdirərkən yırtıcı ayağını parçaladı
23 Apr 2024 10:00

Avstraliyada faciəli hadisə baş verib. ABC News-un yaydığı məlumata görə, 16 yaşlı yeniyetmə balıq tutarkən tilovuna köpəkbalığı düşüb. Köpək balığı yeniyetməni ağır yaralayıb.

"Neytan Ness adlı yeniyetmə ailəsi ilə birlikdə qayıqda balıq tuturmuş. Onun qarmağına su yırtıcısı olan insan yeyən nəhəng köpəkbalığı düşüb.  Gənc tutduğu köpək balığını suya buraxmazdan əvvəl onunla şəkil çəkdirmək istəyib. Lakin yırtıcı qəfil Nessin baldırından tutaraq ona hücum edib. Ata köpək balığının ağzını birətəh ayıraraq oğlunu xilas edə bilib. Daha sonra təhlükəli yırtıcı suya atılıb. Ağır yaralanan yeniyetmə müalicə olunmaq üçün tibb müəssisəsinə çatdırılıb. Həkimlər Nessə xeyi tikiş qoyublar. Xoşbəxtlikdən onun ayağı qopmayıb", - nəşr yazıb.

Qeyd edək ki, Avstraliyada köpək balıqları tez-tez insanlara hücumlar edirlər.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər