Türkiyədə zəlzələ məscidin minarəsini uçurdu - FOTO

Türkiyədə zəlzələ məscidin minarəsini uçurdu -  FOTO
18 Apr 2024 21:50

Türkiyədə baş verən zəlzələ nəticəsində məscidin minarəsi uçub.

Bir çox vilayətdə hiss olunan 5,6 bal gücündə zəlzələ Tokatın Sulusaray rayonunda məscidin minarəsinin uçmasına səbəb olub.

AFAD-dan verilən açıqlamada bildirilib ki, zəlzələ Tokat, Samsun, Yozgat, Çankırı və Çorum vilayətlərində hiss olunub.

Məlumata görə, Yozqat vilayətində 2 mərtəbəli ev və Tokat vilayətinin Sulusaray rayonunda 5 tövlə zərər görüb.

Sulusaray bələdiyyə başqanı Davud Kılıç isə rayonun Buğdaylı kəndində bəzi evlərin dağıldığını diqqətə çatdırıb.

Türkiyədə zəlzələ məscidin minarəsini uçurdu -FOTO


Youtube kanalımız

Oxşar xəbərlər