Türkiyə ilk dəfə S-400-ü İŞƏ SALIR – Vurulacaq hədəf AÇIQLANDI

Türkiyə ilk dəfə S-400-ü İŞƏ SALIR –  Vurulacaq hədəf AÇIQLANDI
23 Apr 2024 18:33

Türkiyə yayda PKK terror təşkilatına qarşı planlaşdırılan hərbi əməliyyatlar üçün İraqla sərhəddə Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemlərini yerləşdirə bilər.

Bu barədə “Business Insider” məlumat yayıb .

Ankara belə bir addım atarsa, bu, Türkiyəyə tədarük edilən S-400 raket kompleksinin ilk dislokasiyası və ya istifadəsi olacaq.

Türkiyə və Rusiya arasında sözügedən raketlərlə bağlı anlaşma 2017-ci ildə imzalanıb. Müqavilənin dəyəri 2.5 milyard dollardır.

Anlaşma ABŞ-nin kəskin tənqidinə səbəb olub. Bundan sonra Türkiyə F-35 beşinci nəsil qırıcı proqramından uzaqlaşdırılıb. 


Youtube kanalımız

Oxşar xəbərlər