Mənim üçün böyük şərəfdir ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyevlə birlikdə onilliklər davam edən müharibə və ölümdən sonra Sülh imzaladıq.
News365.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” hesabında yazıb.
“Onlar iki möhtəşəm insan və böyük liderdirlər. İndi isə mənim yaxşı dostlarım oldular!”, - o qeyd edib.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekunları üzrə birgə bəyannamə imzalayıblar.