Tramp dünyanı kommunistlərdən və faşistlərdən xilas etmək istəyir

Tramp dünyanı kommunistlərdən və faşistlərdən xilas etmək istəyir
26 Apr 2024 15:50

"Mühafizəkarlığın qələbəsi ABŞ-nin və bütün dünyanın müxtəlif qüvvələrdən, o cümlədən kommunistlərdən və faşistlərdən xilası deməkdir".

News365.az "Hungary Today"ə istina xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp Mühafizəkar Siyasi Fəaliyyət Konfransının (CPAC) Macarıstan bölməsinin iştirakçılarına videomüraciətində deyib.

“Mühafizəkarlar prinsipial baxışlarında yekdildir və öz dəyərlərini qorxmadan müdafiə edirlər. Onlar sivilizasiyamızı kommunistlərdən, marksistlərdən və faşistlərdən xilas etmək, mühafizəkarlığın hökmranlığını bərpa etmək uğrunda döyüşdə qalib gələcəklər”, - deyə siyasətçi bildirib.

Tural 


Youtube kanalımız

Oxşar xəbərlər