Terror aktı hazırlayan yeniyetmələr saxlanılıb - VİDEO

Terror aktı hazırlayan yeniyetmələr saxlanılıb  - VİDEO
26 Apr 2024 13:40

Rusiyanın Voljski bölgəsində terror aktları hazırlayan iki yeniyetmə həbs edilib. News365.az xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, saxlanılanların 17 yaşı olub. Onlar Ukrayna kuratorlarının göstərişi ilə terror aktları hazırlamaqda və Ukraynadakı hərbi əməliyyatlara dair simvolları (Z və V-red.) olan avtomobillərə ziyan vurmaqda ittiham olunurlar.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) yeniyetmələrin Rusiyada qadağan edilmiş və Ukraynayönlü terror təşkilatı olan Milli-Sosializm/Ağ Güc (NS/WP) qrupunun üzvləri olmasını üzə çıxarıb. Onlar polis şöbəsi, hərbi komissarlıq və müxtəlif iaşə obyektlərində terror aktları hazırlayıblar. 

“Dövlət məmurlarını və miqrantları öldürmək istəyirdik”,- neonasistlərdən biri etiraf edib.

Qeyd edək ki, son zamanlar Rusiyada xeyli sayda anti-terror əməliyyatları keçirilir.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər