“Təəssüf ki, yayılmış sualdır: “Səs telimə toxunsanız səsim batarmı?““- Ramil Həşimli

“Təəssüf ki, yayılmış sualdır: “Səs telimə toxunsanız səsim batarmı?““-  Ramil Həşimli
23 Apr 2024 10:50

"Çox zaman xəstələrimiz müayinəyə gəldiyi zaman, Biz müayinə edirik və qərar veriri ki, səs telində əməliyyat etmək gərəklidir. Xəstələr belə bir sual verirlər ki, təəssüf ki, bu yayılmış bir sualdır: "Səs telimə toxunsanız səsim batarmi?"

Qulaq Burun Boğaz cərrahı Ramil Həşimli bunu News365.az-a açıqlamasında deyib. 

" Səs telinə toxunsaq səs batmaz çünki, əməliyyat qərarı verdiyimiz xəstələr söhbət xoşxassəli torəmələrdən gedir, yəni əgər bur unsanın səs tellərində, səs büküşlərində xoşxassəli bir törəmə varsa, bu törəmə onsuzda səsi batırıb, səsdə bir problem yaradıb. Ona görə həkimə gəlmisiniz.Biz əməliyyat edən zaman səsdə olan o anatomik problemi, orqanik problemi aradan qaldırırıq ki, səs telləri normal vəziyyətə gəlsin və səsiniznormallaşsın. Beləliklə də səs telində aparılan səs teli xoş xassəli törəmələrə görə icra olunan hər hansı bir əməliyyat səsi batırmaz, tam əksi səsi düzəldir"- deyə vurğulayıb. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər