TBMM sədri: “Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır”

TBMM sədri: “Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır”
23 Apr 2024 17:32

“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır”.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Milli Suverenlik və Uşaqlar Günü münasibətilə parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, parlamentin əsas vəzifələrindən biri yeni konstitusiyanın qəbul edilməsidir.

Kurtulmuş yaxın günlərdə müzakirələrin başlayacağını bildirib.

TBMM sədri vətəndaş cəmiyyətini və universitetləri prosesə töhfə verməyə çağırıb.


Youtube kanalımız

Oxşar xəbərlər