Sülhməramlılarının ərazimizdən çıxması tez baş verdi

Sülhməramlılarının ərazimizdən çıxması tez baş verdi
18 Apr 2024 17:00

"Bir məsələ Azərbaycan ictimaiyyətini daim narahat edirdi. Rusiya sülhməramlılarının Azərbaycan ərazisində yerləşdirilməsi". 

Politoloq Ənvər Ağazadə bunu News365.az-a açıqlamasında deyib. 

"Rusiya sülhməramlıları Qarabağa daxil olan gündən cəmiyyətdə bununla bağlı bir narahatçılıq var idi. Bu narazılıçılıqda haqlı idi. Sülhməramlıların fəaliyyəti də buna nümunə oldu. Amma məqam elə yetişdi ki, siyasi situasiya, regionda yeni bir reallıq elə yarandı ki, biz gözlədiyimizdən də tez baş verdi. Bütün informasiya mənbələrində siyasi şərhçilər belə qənaətdə idilər ki, Rusiyanın siyasətini, Cənubi Qafqazdakı maraqlarını nəzərə alaraq "Rusiya Azərbaycan ərazisində uzun müddət qalmaq üçün, yeni münaqişə ocağını alovlandıracaq" kimi rəylər var idi. Ancaq Azərbaycanın şanlı ordusu Qarabağ probleminə birdəfəlik nöqtə qoydu"- deyə vurğulayıb.

Vəfa Vəliyeva, News365.az 


Youtube kanalımız

Oxşar xəbərlər