Şoyqudan NATO-ya mesaj: “Biz xalqımızı qoruyuruq!“

Şoyqudan NATO-ya mesaj:  “Biz xalqımızı qoruyuruq!“
26 Apr 2024 14:14

Rusiyanın müdafiə naziri Sergey Şoyqu NATO-ya siyasi mesaj ünvanlayıb. Rusiya mətbuatına istinadən xəbər verir ki, nazir Moskvanın Şimali Atlantika Alyansı ölkələrinə hücum etmək planının olmadığını deyib. Şoyqu belə bir ideyanın heç əvvəllər də mövcud olmadığını söyləyib.

"Rusiya Federasiyası heç vaxt NATO-nu təhdid etməyib. Biz sadəcə olaraq öz tarixi ərazilərimizdə xalqımızı qoruyuruq", - o, qeyd edib. Şoyqu son cümləsi ilə Ukraynada apardığı müharibəni nəzərdə tutub.

Şoyqu həmçinin əlavə edib ki, Rusiya həmişə “dünyada strateji sabitliyi və güc balansını qorumaq üçün maksimum səy göstərib”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər