“Sosial müavinət qaydalarında uşaq sayıyla bağlı dəyişiklik edilməlidir“ - Vüqar Bayramov

“Sosial müavinət qaydalarında uşaq sayıyla bağlı dəyişiklik edilməlidir“  -  Vüqar Bayramov
18 Apr 2024 22:45

"Sosial müavinət qaydalarında uşaq sayıyla bağlı dəyişiklik edilməlidir." 

Bunu News365.az-a açıqlamasında Millət Vəkili Vüqar Bayramov deyib. 

"Müzakirələr zamanı əmək pensiyaları haqqında qanunla bağlı təklif irəli sürdüm. Bildiyiniz kimi beş və daha çox övladı olan ailələrə daha tez pensiyaya çıxmaq hüququ verilir və buna atalarda əlavə olunacaq. Ancaq sosial müavinətlər haqqında qanunda, çoxuşaqlı ailə anlayışı beş yox, beşdən daha çox nəzərdə tutulur. Yəni bu o deməkdir ki, beş uşağı olan ailə daha tez pensiyaya çıxa bilər, amma sosial müavinətlə bağlı qanunda beşdən daha çox qeyd olunduğu üçün, beş uşağı olanlar sosial müavinət ala bilmir. Bizim də təklifimiz ondan ibarətdir ki, bu ziddiyət aradan qaldırılsın və sosial müavinətlə bağlı qanunda da , müəyyən dəyişiklik edilsin və beş uşağı olan ailələr də, hər uşağa görə, uşaq sayına görə sosial müavinət ala bilsin." - deyə Vüqar Bayramov bildirib.


Youtube kanalımız

Oxşar xəbərlər