“Siyasi intriqalarda iştirak edən ETŞ əməkdaşları işdən çıxarılacaq”- Paşinyan

“Siyasi intriqalarda iştirak edən ETŞ əməkdaşları işdən çıxarılacaq”- Paşinyan
02 İyl 2025 14:25

Rəsmi vəzifələrinə məhəl qoymayan, siyasi intriqalarla məşğul olan Ermənistan Elektrik Şəbəkələrinin (ETŞ) əməkdaşları iyulda işdən çıxarılacaq. 

News365.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində yazıb. 

O,vurğulayıb ki, ETŞ əməkdaşlarını mitinqlərə məcbur edənlər də məsuliyyətə cəlb olunacaqlar:

"İlk iki qrupa müqavimət göstərən və rəsmi vəzifələrinə sadiq qalan ETŞ əməkdaşlarının heç bir problemi olmayacaq. İlk iki qrupa tabe olmadıqları üçün işdən çıxarılanlara  isə iyulda ödənilməmiş maaşları ödəniləcək".


Sizin reklam burada
Sizin reklam burada