Macarıstan hökuməti Ukraynanın yaxın gələcəkdə AB-yə daxil olması imkanını görmür, çünki bunun üçün bütün lazımi şərtləri yerinə yetirə bilməyəcəyini düşünür.
News365.az xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto “İrəvan dialoqu” beynəlxalq konfransında çıxışı zamanı deyib.
"AB-yə üzvlük məsələsinə gəlincə, çox aydın meyarlar siyahısı var. Mən onların bu məqsədə çatmağa yaxınlaşması üçün heç bir imkan görmürəm", - nazir qeyd edib.
O xatırladıb ki, istənilən namizədin AB-yə daxil olması onun nailiyyətlərinə əsaslanmalıdır.
"Müharibə vəziyyətində olmağı nailiyyət hesab etmək olmaz".