Sərhəddə təxribat törədən erməni polkovnik İstintaq Komitəsinə çağırıldı

Sərhəddə təxribat törədən erməni polkovnik İstintaq Komitəsinə çağırıldı
23 Apr 2024 10:51

Xəbər verdiyimiz kimi Ermənistan Qazaxın işğalda saxlanılan kəndlərini azad etməsi sərhədyanı kəndlərdə narazılıqla qarşılanıb. Bundan istifadə edən radikallar və revanşistlər Azərbaycanla sərhədə axın edərək təxribatlar törədirlər. Sputnik Armeniya-nın yaydığı məlumata görə artıq aksiya iştirakçıları arasında saxlanılan və hüquq mühafizə orqanlarına dəvət olunanlar var. 

Bunlardan biri Tavuşda aksiyaya qatılmış ehtiyatda olan polkovnik Mihran Maqsudyandır. O, İstintaq Komitəsinə çağırılıb: "Hazırda İstintaq Komitəsinin binası qarşısındayam. Bhra çağırılmağımın səbəbini bilmirəm. Vəkilimi gözləyirəm",- təxribatçı polkovnik Sputnik Armeniya-ya açıqlamasında deyib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər