Şəkidə yol qəzası: ana və iki azyaşlı övladı xəsarət alıb

Şəkidə yol qəzası: ana və iki azyaşlı övladı xəsarət alıb
17:55

Şəkidə yol nəqliyyat hadisəsi baş verib, ana və iki azyaşlı övladı xəsarət alıb.

News365.az-ın məlumatına görə, hadisə rayonun Çeşməli kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca dəyib. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 28 yaşlı Rəvanə Qurbanova və iki azyaşlı övladı xəsarət alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada