Rusiya XİN: NATO-nun sərhədlərə yaxınlaşmasına imkan verməyəcəyik

Rusiya XİN:  NATO-nun sərhədlərə yaxınlaşmasına imkan verməyəcəyik
19 Apr 2024 14:55

NATO-nun Ukrayna vasitəsilə Rusiya sərhədlərinə yaxınlaşmaq cəhdləri uğursuzluğa məhkumdur. News365.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov  “Sputnik”, “Qovorit Moskva” və “Komsomolskaya pravda” radiostansiyalarına müsahibəsində məlumat verib.

“Əgər onlar özləri (Şimali Atlantika Alyansı ölkələri - red.) NATO-nun sərhədlərini bizim sərhədlərimizə yaxınlaşdırmaq istəsələr, o zaman Ukraynada buna imkan verməyəcəyik”, - Lavrov qeyd edib.

XİN rəhbəri həmçinin Rusiya bazarında çoxlu sayda Çin malının peyda olmasından da söz açıb. O belə bir vəziyyətin yaranmasında qəbahətli hal olmadığını söyləyib.

Lavrovun sözlərinə görə, Çin avtomobilləri rəqabətədavamlıdır.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər