"Roma" və "Latsio"nun keçmiş oyunçusu "Neftçi"də

"Roma" və "Latsio"nun keçmiş oyunçusu "Neftçi"də
23 Avq 2024 20:23

“Neftçi” daha bir transferini həyata keçirib.

Klubdan news365.az-a verilən məlumata görə, “ağ-qaralar” seneqaləsilli ispaniyalı müdafiəçi Mustafa Seki heyətinə cəlb edib. 24 nömrəli formanı geyinəcək 28 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanılıb.

Həm müdafiənin, həm də yarımmüdafiənin sol cinahında oynamağı bacaran M.Sek İspaniya “Barselona”sının müxtəlif yaş qrupu komandalarında, İtaliyanın “Latsio”, “Roma” və digər klublarında çıxış edib, Niderland və Portuqaliya komandalarında oynayıb. Sonuncu klubu “Portimonense” (Portuqaliya) olub.


Sizin reklam burada
Sizin reklam burada