Rihanna TƏNQİD OLUNDU

Rihanna  TƏNQİD OLUNDU
26 Apr 2024 16:12

Məşhur barbadoslu müğənni Rihanna 10 ildən sonra İnstaqram profil fotosunu dəyişdirib.

News365.az NTV-yə istinadən xəbər verir ki, yeni profil fotosunda müğənninin “Fenti” brendinin məhsulu yer alıb.

Lakin müğənninin pərəstişkarları onu sırf brendini tanıtmaq üçün profil şəklini dəyişdiyinə görə tənqid ediblər.

İfaçı bu səbəbdən qısa müddət sonra köhnə profil fotosunu yenidən bərpa edib.

Qeyd edək ki, keçən il “Forbes” jurnalının Ən Güclü Qadınlar siyahısına daxil edilən Rihanna həm musiqi karyerasında, həm də iş dünyasında bir sıra uğurlar əldə edib.


Youtube kanalımız

Oxşar xəbərlər