ABŞ-ın hava zərbələri nəticəsində İranın nüvə obyektləri ciddi şəkildə zərər görüb.
Bu barədə İran İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi CBS News telekanalına verdiyi müsahibədə bildirib.
“Obyektlərin Fordoda başına nə gəldiyini dəqiq heç kim bilmir. Hazırda məlum olan odur ki, obyektlər ciddi və ağır şəkildə zədələnib. İran İslam Respublikasının Atom Enerjisi Təşkilatı hazırda qiymətləndirmə və təhlil aparır və hesabat hökumətə təqdim olunacaq,” – deyə o vurğulayıb.
Diplomatın sözlərinə görə, hazırda zərərin miqyası ilə bağlı dəqiq məlumat yoxdur.
“Qiymətləndirmələri gözləməliyik, bu obyektlərin bərpası mümkündürmü, ya yox, və ümumiyyətlə bərpa ediləcəklərmi, bəlli deyil,” – deyə o qeyd edib.
Araqçi həmçinin əlavə edib: “İslam İnqilabının Ali Liderinin (Ayətullah Əli Xamenei) dini göstərişinə – fətvasına – əsasən, nüvə silahı İran İslam Respublikasının müdafiə doktrinasında yer almır, o, dini baxımdan qadağandır.”