"Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov qasıq nahiyəsindən əməliyyat olunub.
News365.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidmətinin
rəhbəri Elmar Abdullazadə məlumat verib.
Qeyd edək ki, "Zirə" Azərbaycan Premyer Liqasının
X turunda, oktyabrın 20-də "Sabah"la qarşılaşacaq.