Razi Nurullayev prezidentliyə namizəd oldu

Razi Nurullayev prezidentliyə namizəd oldu
18 Dek 2023 13:19

Milli Cəbhə Partiyasının İdarə Heyəti partiya sədri, deputat Razı Nurullayevin prezidentliyə namizədliyini irəli sürüb.

News365.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə paylaşım edib:

“Milli Cəbhə Partiyası idarə heyəti partiya sədri, millət vəkili Razı Nurullayevin prezidentliyə namizədliyini irəli sürdü. Ölkəmiz üçün uğurlu olsun”.

Qeyd edək ki,  Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.


Sizin reklam burada
Sizin reklam burada