Qubada avtomobil səkiyə çırpıldı: Ölən və yaralanan var

Qubada avtomobil səkiyə çırpıldı: Ölən və yaralanan var
08:56

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Quba şəhərinin Heydər Əliyev prospektində 77 DB 649 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb. 

Hadisə şahidlərinin bildirdiyinə görə, qəza nəticəsində bir nəfər ölüb, bir yaralı isə təcili-tibbi yardım avtomobili ilə Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada