"Dünya bazarında qızılın qiymətində artımlar davam edir. Son bir ildə qızılın qiymətində 30%, son 6 ayda isə təxminən 17% artım müşahidə olunub."
Millət Vəkili Vüqar Bayramov bu sözləri News365.az-a açıqlamasında deyib.
"Son bir ay ərzində isə qızılın qiymətində 5%-ə yaxın artım qeydə alınıb. Qızılın qiymətindəki artımlar, bir tərəfdən investorların qızıl bazarına daha çox vəsait yönəltməsi, digər tərəfdən isə qlobal ticarət müharibəsi riski fonunda qızılın əhəmiyyətinin artması ilə müşahidə olunur.
Çünki ABŞ və Çin arasında tədrücən dərinləşən qarşılıqlı ticarət mübahisələrindən sonra artıq müxtəlif iqtisadiyyatların tarazlıq vəziyyətində olmaması, qlobal ticarətin 330 milyard dollar azalması ilə bağlı qorxular və gözləntilər var. ABŞ və Çin arasında yaranan gərginlik fonunda qızılın əhəmiyyətinin artması müşahidə olunur."