“Qazaxın 4 kəndinin qaytarılması, Paşinyanın öz istəyi deyil“- Elçin Alıoğlu

“Qazaxın 4 kəndinin qaytarılması, Paşinyanın öz istəyi deyil“-  Elçin Alıoğlu
22 Apr 2024 10:22

"Azərbaycan və Rusiya Federasiyası ilə arasındakı münasibət indi tamamilə yeni müstəvidədir. İndiyə qədər, hətta 2020-2023 cü ilə qədər olan münasibətlər artıq geridə qalır və atavizmə çevrilir"

Politoloq Elçin Alıoğlu bunu News365.az-a müsahibəsində danışıb. 

"Atavizmə çevrilən məqamlardan birincisi budur ki, Rusiya və Azərbaycan arasında əvvəlki kimi əməkdaşlıq yoxdur. Əməkdaşlıq daha da inkişaf edir. Nədənsə bizdən tələb edirlər ki, biz ya Qərbin tərəfini ya da Rusiyanın tərəfini tutmalıyıq. Bunların ikisidə çox təhlükəli məsələdir. Rusiya super dövlət deyil, Rusiya böyük güc deyil, Rusiya sadəcə olaraq böyük regional oyunçudur. Böyük regional oyunçu olduğu üçün, öz ambisiyalarını təmin etməyə çalışır, bu da normaldır. Belə bir situasiyada bizi birmənalı olaraq Qərb və Şərq tərəfini tutmağımız çox yanlış olar. İndiki görüşdə müzakirə ediləcək 3 əsas məsələdən biri Cənubi Qafqazda dəyişən konfiqurasiyalarda Rusiya və Azərbaycan nə etməlidir?  Çünki belə bir vəziyyətdə bizim ikimizi də sıxışdıraraq müəyyən geosiyasi mövqelərdən geri çəkilməyimiz istənilir. Qazaxın 4 kəndinin qaytarılması, Paşinyanın öz istəyi deyil, bu Qərbin onun qarşısında qoyduğu tələbdir. Qərb heç nəyi boş yerə vermir. Həmin kəndlərin qaytarılmasından sonra, ABŞ, Avropa birliyi və Qərb ölkələrinin bir çoxu bunu dəstəklədi. Susan tərəflər İran və Rusiya oldu. İranın mövqeyi desturuktiv idi. Bu Moskvada keçiriləcək görüşdə mütləq müzakirə olunacaq"- Politoloq əlavə edib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər