Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunub

Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunub
10:22

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

News365.az xəbər veror ki, yanvarın 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 22 avtomat silahı, 3 tapança, 83 tüfəng, 23 patron darağı və 549 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.