Almaniya kansleri Fridrix Merz, ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə Ağ Evdə görüş keçirib.
News365.azin xarici mediaya istinadən xəbər verir ki, Merz, Ukraynanın dəstəklənməsi və Avropanın ortaq maraqlarının qorunması məqsədilə görüşə qatıldığını bildirib.
O, atəşkəs əldə olunmadan danışıqların mümkün olmayacağını vurğulayıb və Rusiya Prezidenti ilə sammitə hazırlıq üçün "inandırma səyləri" lazım olduğunu qeyd edib. Merz, ABŞ-nin Rusiya ilə danışıq aparacağını və yaxın iki həftə ərzində Ukrayna və Rusiya liderləri arasında görüşün təşkil ediləcəyini açıqlayıb.
Merz, Ukraynanın öz ərazisini tərk etməsinin qəbul edilə bilməyəcəyini və təhlükəsizlik zəmanətləri məsələsində ABŞ ilə Avropa arasında əməkdaşlığın vacibliyini qeyd edib. O, sülhməramlı qüvvələr məsələsinin müzakirə edilməli olduğunu bildirib.
Son olaraq, Merz, atəşkəsin yaradılmasının vacib olduğunu və görüşün gözləntiləri aşdığını ifadə edib.